
Bakı. Trend:
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri
Ukrayna mediasında geniş işıqlandırılıb.
Trend-in
məlumatına görə, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji
Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ
Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı
səsləndirilən fikirlər “Ukrinform” dövlət informasiya agentliyində,
“Korrespondent”, “Azadlıq” radiosunun Ukrayna redaksiyası,
“Yevropeyska Pravda” və digər nəşrlərdə geniş yer alıb.
Məqalələrdə bildirilir ki, səfər zamanı iki ölkə arasında
imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ilk dəfə ötən ilin avqust
ayında Vaşinqtonda Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald
Tramp arasında danışıqlar zamanı təqdim edilib.

