
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin
Netanyahu ilə görüşdüyünü, Qəzzadakı vəziyyəti müzakirə etdiyini və
İranla danışıqların davam etdirilməsində israr etdiyini
açıqladı.
Trend-in
məlumatına görə, bu barədə D.Tramp “Truth Social” sosial
şəbəkəsində yazıb.
“Heç bir yekun razılıq əldə olunmadı, yalnız mən İranla
danışıqların davam etdirilməsində israr etdim ki, razılaşmanın
mümkün olub-olmadığını müəyyənləşdirək. Egər bu mümkünsə, Baş
nazirə bunun ən yaxşı seçim olacağını çatdırdım”, – deyə o
bildirib.
Trampın sözlərinə görə, İranla razılaşma uğursuz olarsa, “nəticənin necə olacağını görmək qalır”.
ABŞ prezidenti əlavə edib ki, o, həmçinin Qəzzadakı vəziyyəti
İsrail Baş naziri ilə müzakirə edib.
“Biz Qəzzada və bütövlükdə regionda əldə edilən böyük
irəliləyişi müzakirə etdik. Əslində, Yaxın Şərqdə sülh bərpa
olunub”, Tramp yazıb.

