ABŞ BMT-də islahat tələblərini davam etdirəcək

Baş səhifə

ABŞ ötən il bir sıra BMT agentliklərini tərk edib və milyonlarla dollarlıq maliyyəni dayandırsa da, qurumda islahatların aparılması istiqamətində səylərini davam etdirmək niyyətindədir.

Modern.az xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts açıqlayıb.

Səfir bildirib ki, Vaşinqton yaxın həftələrdə BMT-yə avans ödənişi edəcək, lakin konkret məbləği açıqlamayıb. Onun sözlərinə görə, ABŞ islahat tələblərini davam etdirərək üzvlük haqqını da ödəyəcək.

Uolts vurğulayıb ki, məqsəd təşkilatın fəaliyyətində səmərəliliyi artırmaq və mövcud resurslarla daha effektiv nəticələr əldə etməkdir. (Reuters)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir