NASA növbəti heyətin Beynəlxalq Kosmik Stansiyaya göndərilməsini təsdiqlədi

Baş səhifə

Bakı. Trend:

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası
(NASA) növbəti heyətin fevralın 13-də Beynəlxalq Kosmik Stansiyaya
(BKS) göndərilməsi planlarını təsdiqləyib.

Trend-in
məlumatına görə, bu barədə NASA-nın açıqlamasında bildirilir.




Məlumata görə, “SpaceX” ilə birgə keçirilən Buraxılışa Hazırlıq
İcmalı başa çatıb və Florida ştatındakı Kanaveral burnundan uçuş
üçün geri sayım başlayıb. Hava şəraitinin 85 faiz əlverişli olduğu,
əsas risk amilinin isə toplu buludlar olduğu bildirilir. Uçuş daha
əvvəl iki dəfə təxirə salınmışdı.

Yeni heyətin BKS-də təxminən səkkiz ay fəaliyyət göstərəcəyi
gözlənilir. Heyət üzvləri hazırda Kennedi Kosmik Mərkəzində
karantindədirlər və ciddi hazırlıq qrafikinə uyğun fəaliyyət
göstərirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir