Kallas Ukraynada seçkilərin keçirilməsi qərarını pisləyib

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Kaya Kallas
Rusiya ilə müharibə şəraitində Ukraynada seçkilərin keçirilməsini
pis qərar kimi dəyərləndirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında
dərc olunan məlumatda qeyd edilir.




Onun sözlərinə görə, əksər Avropa ölkələrinin
konstitusiyalarında ölkənin hər hansı hərbi münaqişəyə cəlb
olunduğu vaxt seçkilərin keçirilməsinin qadağan edilməsi ilə bağlı
müddəa mövcuddur. Bu, onunla izah olunur ki, seçkilər ölkə
daxilində müxtəlif siyasi qüvvələr arasında mübarizə deməkdir.

“Xarici hücumlar davam etdiyi bir vaxtda seçkilər keçirmək
mümkün deyil, çünki düşmən kənardadır və bütün səylər ona qarşı
mübarizəyə yönəldilməlidir. Məhz buna görə də mənim fikrimcə,
müharibə zamanı seçkilərin keçirilməsi qətiyyən düzgün qərar
deyil”, – deyə Kallas əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir