UEFA Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri məlum olur

Baş səhifə

Bakı.Trend:

Bu gün UEFA Millətlər Liqasında yeni mövsümün püşkü
atılacaq.

Trend xəbər
verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatma
mərasimində Azərbaycan millisinin D Liqasındakı rəqibləri məlum
olacaq. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda püşkatma zamanı 1-ci
səbətdə yer alacaq. Burada 6 ölkənin yığması hərəsində 3 komanda
olan 2 qrupa bölünəcək. Komandalar bir-birinə qarşı ev və səfər
prinsipi olmaqla 4 matç keçirəcəklər.

D Liqasında mübarizə aparacaq 4 milli komanda məlumdur. Digər
iki yığma bu ilin mart ayında təşkil olunacaq pley-off oyunlarından
sonra dəqiqləşəcək.

UEFA Millətlər Liqası

2026/2027 mövsümü

A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail




2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya,
Ukrayna

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya,
Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan

3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya

4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi,
Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino

D Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün
məğlubu, Lüksemburq/Malta cütünün məğlubu

2-ci səbət: Lixtenşteyn, Andorra

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsüm sentybarın
24-də start götürəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir