“iPhone” və “iPad”lərin əməliyyat sisteminə yeniləmə gəlib

Baş səhifə

Bakı. Trend:

“Apple” öz mobil cihazları üçün iOS 26.3, iPadOS 26.3 və digər
versiyaların yeniləməsini təqdim edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, xətaların və təhlükəsizliklə bağlı boşluqların
aradan qaldırılması ilə yanaşı sistemə “iPhone”dan Android
əməliyyat sistemi ilə işləyən qurğulara məlumatların köçürülməsi
üçün alət əlavə edilib. İstifadəçilər üçüncü tərəf xidmətlərindən
istifadə etmədən fotoşəkilləri, mesajları, qeydləri, tətbiqləri,
parolları və digər məzmunu ötürə biləcəklər.




Yeniləmədə həmçinin, mobil operator tərəfindən dəqiq
geolokasiyanın izlənməsinin məhdudlaşdırılması funksiyası əlavə
olunub.

Bu yenilik yalnız i”Phone Air”, “iPhone 16e” və “M5” çipli “iPad
Pro” modellərində, ABŞ, Almaniya, Tailand və Böyük Britaniyada bəzi
operatorlar üçün əlçatandır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir