Bakı və Sabirabad sakinləri dəm qazından ölüb

Baş səhifə

Baklıda 27 yaşlı kişi dəm qazından ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Məlumata görə, 1999-cu il təvəllüdlü Aleksandr Bayramov yaşadığı Bakıxanov qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Sabirabad rayonunda da dəm qazından ölüm hadisəsi qeydə alınıb. Fevralın 10-da 1966-cı il təvəllüdlü Nəzakət Əhmədova yaşadığı Qaratəpə kəndindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir