“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur

Baş səhifə

Bakı.Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti
bəyan edir ki, “Gemini” süni intellekt modeli artıq rəsmi olaraq
Azərbaycan dilində istifadəyə verilib.

Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)
məlumat yayıb.

Bildirilib ki, strateji genişlənmə çərçivəsində əlavə edilən 23
yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı
istifadəçilərə “Gemini”nin imkanlarından əsas qlobal dillərlə
yanaşı, ana dilində də faydalanmağa imkan yaradır.

Azərbaycan dili interfeysi artıq veb-versiyada aktivdir, tam
mobil dəstək (Android/iOS) mövcuddur və real vaxt rejimində danışıq
imkanı yaradan “Gemini Live” funksiyası mövcuddur.




Şirkət “Nano Banana” və “Veo” kimi ən qabaqcıl yaradıcı alətləri
də Azərbaycan bazarına gətirdiyini açıqlayıb. “Nano Banana” sadə
ideyaları yüksəkkeyfiyyətli vizuallara çevirməyə və mövcud
şəkilləri təbii dildə redaktə etməyə imkan verir. “Veo” isə
mürəkkəb yaradıcı təlimatlara dəqiq əməl edərək, sinxronlaşdırılmış
səslə birlikdə yüksəkkeyfiyyətli (1080p) videolar yarada bilən
qabaqcıl modeldir.

Məhsuldarlıq və təhsili dəstəkləmək məqsədilə Azərbaycan dilində
üç yeni funksiya da istifadəyə verilib. “Canvas” yazı və
kodlaşdırma üçün xüsusi iş mühiti təqdim edir və istifadəçilərə
“Gemini” ilə mürəkkəb layihələr üzərində əməkdaşlığa şərait
yaradır. “Deep Research” modeli mürəkkəb mövzuları araşdırmağa, bir
neçə mənbədən məlumatları sintez edərək hərtərəfli hesabatlar
təqdim etməyə imkan verir. Nəhayət, “Guided Learning”
istifadəçilərə interaktiv, öyrənmə tərzinə uyğunlaşdırılmış testlər
vasitəsilə yeni mövzuları mənimsəməyə kömək edir.

Bu yeniliklər süni intellekt alətlərinin daha geniş auditoriya
üçün əlçatan olmasını təmin edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir