“Şahdəniz”dən indiyə kimə hasil edilən qazın həcmi açıqlanıb

Baş səhifə

Şahdəniz yatağından ilk hasilatdan 2025-ci ilin sonuna kimi hasil edilən qazın həcmi 264 mlrd. kubmetrə çatıb.

APA-Economics” bu barədə BP-ə istinadən xəbər verir. Məlumata görə, kondensat hasilatının həcmi isə 52 milyon tona bərabər olub.

Qeyd edilib ki, ötən il “Şahdəniz 2″ layihəsi çərçivəsində şərq-şimal cinahında qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam edib.

“Yekun investisiya qərarı qəbul edildikdən sonra Şahdəniz Kompressiya (ŞDK) layihəsi bir sıra iri müqavilələrin verilməsi ilə irəliləyib. Bu müqavilələr üzrə tikinti işləri qrafikə uyğun olaraq davam edir. Sentyabr ayında ŞDK platformasının üst modulları üçün ilk polad kəsimini icra etməklə layihə mühüm bir hadisəni qeyd edib” – BP əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir