
Bakı. Trend:
Portuqaliyada bir neçə həftə ərzində davam edən qasırğalar
nəticəsində azı 15 nəfər həlak olub. Son daşqınlar təxminən 3 min
sakinin təxliyə edilməsinə səbəb olub, avtomagistralın bir
hissəsinin çökməsinə gətirib çıxarıb və ölkənin daxili işlər naziri
Mariya Lüsiya Amaralın istefası ilə nəticələnib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir
Məlumata görə, yağan leysan yağış Mondego çayı üzərindəki bəndin
dağılmasına səbəb olub və Lissabonla Portonu birləşdirən A1
magistral yolunu dəstəkləyən dayaqlardan birinin bünövrəsini
laxladıb. Koimbra şəhərinin meri Ana Abrunhosabildirib ki, yolun
bir hissəsi polis tərəfindən ehtiyat tədbiri olaraq bağlandıqdan
sonra uçub.
Son daşqınlar yanvarın sonlarından etibarən Portuqaliyanın
mərkəzi və cənub bölgələrini təsiri altına alan ardıcıl
qasırğalardan sonra baş verib. Bu qasırğalar evlərin damlarını
uçurub, şəhərləri daşqın sularına qərq edib və yüz minlərlə insanı
günlərlə elektrik enerjisiz qoyub. Qasırğalar nəticəsində azı 15
nəfər həyatını itirib.
Suların səviyyəsi artdıqca siyasi təzyiq də güclənib. Daxili
işlər naziri Mariya Lüsiya Amaral hökumətin daşqınlara reaksiyasına
dair tənqidlərdən sonra çərşənbə axşamı gecə istefa verib.

