Sumqayıtda yanan evdən bir nəfərin meyiti tapıldı

Baş səhifə

Bakı.Trend:

Sumqayıt şəhərində ümumi sahəsi 50 m² olan kürsülü, birmərtəbəli
2 otaqlı evin bir otağının döşəməsi 0,5 m² sahədə və dam örtüyünün
taxta atmaları 10 m² sahədə yanıb, yüksək temperaturdan mətbəx
mebeli qismən qarsalanıb.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi(FHN) məlumat
yayıb.




Bildirilir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış
meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir