
Bakı. Trend:
Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə
cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul
vəsaitini leqallaşdırıb.
Trend xəbər
verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət
işi ilə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1
(hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu
zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və
193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma)
maddələri ilə ittiham olunur.
Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri
Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident
Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib. Ötən
gün həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin
müddəti 4 ay uzadılıb.

