
Almaniya və Fransa liderləri Rusiya prezidentinə zəng edə bilərlər.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti birbaşa təmaslardan imtina etməyib.
Peskov bildirib ki, Emmanuel Makron və Fridrix Merts sadəcə Putinə zəng edə bilərlər, o, heç vaxt birbaşa əlaqədən imtina etməyib.
Kreml rəsmisi Ukrayna prezidenti Volodimir Zelenskinin Moskvaya getməyəcəyi barədə açıqlamasına da münasibət bildirib. O, bunun yeni bir şey olmadığını, Putinin görüş yeri ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını əlavə edib.

