
Dövlət Təhlükəsizlik Xidməti Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi məqsədilə xarici xüsusi xidmət orqanı ilə əlaqəli şəxslərlə səs yazılarını yayıb.
Modern.az həmin səs yazılarında danışılanları təqdim edir.
Ramiz Mehdiyev: Salam
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (qadın): Bəli, salam
Ramiz Mehdiyev: Bu, Ramiz Mehiyevdir (özünü təqdim edir)
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (qadın): Bəli, bəli, Ramiz Ənvəroviç, salam. Mən sizin xahişinizi çatdırdım.
Ramiz Mehdiyev: Bəli
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (qadın): Hələlik bu qədər. Xahişinizi çatdırdım.
Ramiz Mehdiyev: Mən bilirsiniz ona nə göndərmək istəyirəm? Mən bir sənəd hazırlamışam. Eşidirsiniz məni?
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (qadın): Bəli, bəli, eşidirəm.
Ramiz Mehdiyev: Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması haqında təkliflərə dair.
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (qadın): Bu sizin daxili işinizdir. Öz aranızda necəsə həll edin.
Ramiz Mehdiyev: Mən köməkçiyə zəng vuracam ki, köməkçiyə elektron poçt vasitəsi ilə göndərim.
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (qadın): Bəli, danışdıq. Sağ olun. Hələlik. Sabaha qədər.
Ramiz Mehdiyev: Çox sağ olun.
2-ci səs yazısı:
Ramiz Mehdiyev: Axşamın xeyir.
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (kişi): Salamlayıram sizi. Necəsiniz?
Ramiz Mehdiyev: Yaxşıyam. İndi necə göndərək? Birincisi, mən istəyirəm ki, bizim dostlarımıza da hansısa üsulla çatdırmaq lazımdır.
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (kişi): Biz belə edərik də…mən sizə xəbər edərəm.
Ramiz Mehdiyev: Bazar ertəsi mən zəng vuracam. Əgər onlar razılaşsa, mən düşünürəm ki, onlar məmnuniyyətlə razılaşacaqlar.
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (kişi): Bəli, mən öyrənəcəm. Təlimat verin ki, mənə PDF göndərsinlər.
Ramiz Mehdiyev: Yaxşı, danışdıq.
3-cü səs yazısı
Ramiz Mehdiyev: Axşamın xeyir
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (kişi): Salam, salam, Ramiz müəllim. Necəsiniz?
Ramiz Mehdiyev: Yaxşı, sən necəsən? Vəziyyət nə yerdədir?
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (kişi): Hamısını çatdırdıq.
Ramiz Mehdiyev: Çox gözəl.
Xarici Xüsusi Xidmət Orqanı ilə əlaqəli şəxs (kişi): Əlavə təlimatlar gözləyirəm.
Ramiz Mehdiyev: Sağ ol.

