
Bakı. Trend:
2025-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 207
milyon barel (27 milyon ton) neft ixarc olunub.
Trend bp-yə
istinadən xəbər verir ki, bu göstərici 2024-cü ildəki 223 milyon
barellə müqyisədə illik ifadədə 7,2 faiz azdır.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun
ayında istismara veriləndən 2025-ci ilin sonunadək bu boru kəməri
vasitəsilə ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldən
çox) xam neft nəql edilmiş və Ceyhanda 6145 tankerə yüklənərək
dünya bazarlarına göndərilib.
BTC boru kəməri hazırda əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG)
yatağından hasil olunan nefti və “Şahdəniz” yatağından kondensatı
ixrac edir. Bundan əlavə, BTC vasitəsilə Xəzər regionuna məxsus
digər həcmdə neft və kondensatın (Qazaxıstan, Türkmənistan, eləcə
də SOCAR tərəfindən Azərbaycanda hasil olunan digər həcmlər) nəqli
davam etdirilir.
“BTC Ko”nun səhmdarlarının pay bölgüsü aşağıdakı kimidir:
bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni
(5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%),
EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.

