
Bakı. Trend:
Maliyyə bazarında texnoloji həlləri ilk tətbiq edən brendlərdən
olan Birbank milyonlarla müştərisinə daha rahat, əlçatan maliyyə
alətləri təqdim edir. Bank xüsusən də müştərilərin kartdan karta
köçürmələrdə əlavə ödəniş, limit kimi narahatlıqlarına birdəfəlik
son qoyur. Belə ki, Birbanklılar Birbank debet kartından digər
Birbank debet kartına köçürmə edərkən nə limitlə, nə də əlavə
ödənişlə qarşılaşırlar. Bu isə o deməkdir ki, debet kart sahibləri
istədikləri vaxt, istədikləri məbləği, heç bir maneə olmadan digər
Birbank debet kartına köçürə bilirlər. Gecə və ya gündüz, iş günü
və ya həftəsonu – proses həmişə sürətli, limitsiz və
komissiyasızdır.
Birbank yalnız bankçılıq xidməti deyil, gündəlik həyatın maliyyə
rahatlığıdır. Limitsiz və komissiyasız köçürmələr isə bu rahatlığı
bir addım da irəli aparır.
Birbank debet kartını Birbank mobil tətbiqindən cəmi bir neçə
saniyəyə əldə etmək mümkündür.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən
Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital
Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə
daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz.

