
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi
Xidməti (DTX) tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn
cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata
keçirilib.
Trend xəbər
verir ki, DTX-nin məlumatında Ramiz Mehdiyevin evində çəkilən
görüntülər də yayılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev
Ramiz Ənvər oğlu əməlləri ilə dövlət hakimiyyətinin xarici xüsusi
xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya
quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici
dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət
təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət
edib.
Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək
olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan
artıq pul vəsaitini leqallaşdırıb.
Qeyd edilib ki, cinayət işi üzrə araşdırmalar davam
etdirilir.

