Kamran Əliyev Suraxanı rayonunda vətəndaşları qəbul edib

Baş səhifə

Fevralın 12-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonundan olan vətəndaşları qəbul edib.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Qəbulda iştirak edən 45 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir