Türkiyədə 16 yaşlı qızla yazışan bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

Baş səhifə

Bakı. Trend:

Türkiyədə 16 yaşlı qız uşağını mesaj vasitəsilə təqib edən
CHP-li bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb

Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir

Türkiyənin Daxili İşlər Nazirliyi 16 yaşlı qız uşağına mesaj
yazaraq onu təqib edən Giresunun Görele rayonunun CHP-li bələdiyyə
sədri Hasbi Dedenin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.




Açıqlamada bildirilib ki, Giresunun Görele rayonunun CHP-li
bələdiyyə sədri Hasbi Dede davam edən istintaqın düzgün aparılması
məqsədilə vəzifəsindən kənarlaşdırılıb və aşağıdakı məlumatlar
təqdim olunub:

“Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə
Qanununun 47-ci maddəsinin Nazirliyimizə verdiyi səlahiyyətə
əsasən; barəsində məhkəmə və inzibati araşdırmalar davam edən
Görele bələdiyyə sədri Hasbi Dede müvəqqəti tədbir olaraq
vəzifəsindən uzaqlaşdırılıb.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir