
Bakı. Trend:
Ümumilikdə “Şahdəniz 2” layihəsi çərçivəsində 23 quyu
qazılıb.
Trend bu barədə
bp-yə istinadən xəbər verir.
Dördüncü rüb ərzində “Şahdəniz Alfa” platforması qazma
qurğusunun yenidən aktivləşdirilməsini tamamlayıb və “Şahdəniz
Alfa” quyularında bir sıra əlavə perforasiya işlərinə başlayıb.
“İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları “Şahdəniz 2”
layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Rüb
ərzində “İstiqlal” qazma qurğusu “SDG03” quyusunda əlavə
perforasiya işləri həyata keçirib və qərb cinahında “SDD05”
quyusunda karotaj və birləşdirmə borularının düzülməsi işlərinə
başlayıb. “Heydər Əliyev” qazma qurğusu isə şərq-şimal cinahında “SDH05” quyusunun qazma işlərini davam etdirib.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində qazılan quyulara yatağın
şimal cinahında beş, qərb cinahında beş, şərq-cənub cinahında dörd,
qərb-cənub cinahında beş və şərq-şimal cinahında dörd quyu
daxildir.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə
təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart
kubmetrdir.
“Şahdəniz”də iştirak payları belədir: bp (operator – 29,99%),
LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO
(10,00%), MVM (5,00%).

