Rusiyada “WhatsApp” bloklandı

Baş səhifə

Bakı. Trend:

Rusiyada “WhatsApp” bloklanıb. Belə ki, mesajlaşma tətbiqinin
domeni “suveren Runet” haqqında qanun çərçivəsində yaradılmış
infrastruktur – Milli Domen Adları Sistemi (NSDİ) qeydlərindən yoxa
çıxıb.

Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.

Hazırda messencerə giriş yalnız VPN vasitəsilə mümkündür.




Bildirilir ki, bundan əvvəl fevralın 10-da NSDİ-dən “YouTube”la
bağlı məlumatlar silinib, Rusiya provayderlərində “Youtube.com”
domeni “Roskomnadzor”un (Rusiyanın Rabitə, informasiya
texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə
Federal Xidmətin qısaldılmış adıdır -red ) DNS-serverlərindən
tamamilə itib.

Bu isə o deməkdir ki, platforma sadəcə ləngidilməyib,
tənzimləyicinin sistemində tamamilə söndürülüb. Daha sonra məlum
olub ki, eyni hal “WhatsApp.com” domeni ilə də baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir