
Bakı. Trend:
Madaqaskarda 30-dan çox insanın həyatına son qoyan “Gezani”
siklonu ilə əlaqədar milli fəlakət rejimi elan edilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, elan olunmuş rejim hakimiyyət orqanlarına daha
səmərəli qərarlar qəbul etməyə və əməliyyatları daha yaxşı
əlaqələndirməyə imkan verir.
Madaqaskar qanunvericiliyinə əsasən, milli fəlakət rejimi 15 gün
müddətində qüvvədə ola bilər və bu müddətin uzadılması imkanı
mövcuddur.
Madaqaskarın Risklərin Azaldılması və Fəlakətlərlə Mübarizə üzrə
Milli İdarəsinin son məlumatına görə, siklonun adaya daxil olması
nəticəsində 36 nəfər həlak olub, 374 nəfər xəsarət alıb, 6 nəfər
isə itkin düşmüş hesab olunur.
Ümumilikdə siklonun fəsadları 257 mindən çox insanın güzəranına
təsir göstərib, təxminən 9 min nəfər evini tərk etməyə məcbur
olub.

