
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu və mülki işçisi təltif edilib.
Modern.az xəbər verir ki, təltif edilənlər arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrətdinov da var.
O, “Tərəqqi” medalına layiq görülüb.
Qeyd edək ki, Pərviz Sədrətdinov 2023-cü ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hazırkı vəzifəsinə təyin olunub.
Daha əvvəl o, “Kapital Bank”ın mətbuat katibi işləyib.

