
Bakı.Trend:
Sahənizlə bağlı don, xəstəlik, zərərverici, hava məlumatları,
suvarma, dərmanlama vaxtları ilə bağlı WhatsApp üzərindən məlumat
ala bilərsiniz.
Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı nazirliyi məlumat yayıb.
Bildirilir ki, Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatında
müasir texnologiyaların tətbiqini genişləndirmək, fermer və
sahibkarların qərarvermə proseslərini məlumat əsaslı və daha
səmərəli etmək məqsədi ilə həyata keçirilir. Layihə çərçivəsində
torpaq və bitki məlumatlarının analiz edilməsi, iqlim və suvarma
göstəricilərinin izlənməsi, eləcə də məhsuldarlığın
proqnozlaşdırılması üzrə süni intellekt əsaslı modellərin tətbiqi
nəzərdə tutulur.
Qeydiyyatdan keçən iştirakçılar layihə üzrə yeniliklər, imkanlar
və müvafiq bildirişlər barədə mütəmadi olaraq
məlumatlandırılacaqlar.
Qeydiyyat layihədə iştirak və gələcək əməkdaşlıq imkanlarının
qiymətləndirilməsi üçün vacibdir.
Forumun linki:
https://lnkd.in/eDDCAuXD

