bp “Şahdəniz” yatağından hasil olunan qazın ümumi həcmini açıqladı

Baş səhifə

Bakı. Trend:

2006-cı ildə istismara verildiyi vaxtdan 2025-ci ilin sonunadək
Azərbaycanın “Şahdəniz” yatağında ümumilikdə təxminən 264 milyard
kubmetr qaz hasil olunub.

Bu barədə Trend
bp-yə istinadən xəbər verir.

Eyni dövrdə kondensat hasilatı 52 milyon ton təşkil edib.

2025-ci ildə yataqda “Shah Deniz Alpha” və “Shah Deniz Bravo”
platformalarından təxminən 27 milyard standart kubmetr qaz və 4
milyon tona yaxın kondensat (təxminən 32 milyon barel) istehsal
edilib.

Beləliklə, qaz hasilatı 2024-cü illə (28 milyard standart
kubmetr) müqayisədə 3,8% azalıb, kondensat hasilatının həcmi isə
əvvəlki ilin səviyyəsində qalıb.




İl ərzində “Şahdəniz” yatağından hasil olunan qaz Azərbaycan
(SOCAR), Gürcüstan (GOGC) və Türkiyə (BOTAS) bazarlarına, BTC
kəmərinin marşrut üzrə müxtəlif nöqtələrindəki obyektlərə, eləcə də
Avropadakı alıcılara çatdırılıb.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə
təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart
kubmetrdir.

“Şahdəniz”də iştirak payları belədir:

bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub
Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir