SOCAR və “ExxonMobil” arasında əməkdaşlığın prioritetləri müzakirə olundu

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “ExxonMobil”
arasındakı əməkdaşlığın prioritetləri və Azərbaycanda qeyri-ənənəvi
neft ehtiyatlarının potensialı müzakirə olunub.

Trend xəbər verir
ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz
rəsmi “X” hesabında məlumat paylaşıb.




“ABŞ-nin “ExxonMobil” korporasiyasının qlobal qeyri-ənənəvi
kəşfiyyat üzrə meneceri Kit Simpson ilə SOCAR-la əməkdaşlığın
prioritetlərini və Azərbaycanda potensial qeyri-ənənəvi neft
ehtiyatlarının qiymətləndirilməsi üzrə görülmüş işləri müzakirə
etdik. Aşağı emissiyalı biznes imkanlarının artırılması və səmərəli
texnologiyaların tətbiqinin genişləndirilməsi barədə fikirlərimizi
bölüşdük”,- deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2025-ci ilin iyun ayında SOCAR və “ExxonMobil
Corporation” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd
Azərbaycanın neft-qaz sektorunda əməkdaşlığı nəzərdə tutur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir