Sabirabadda zəhərlənən ailə üzvlərini xəstəxanadan evə buraxdılar – 11 yaşlı uşaq öldü

Baş səhifə

12.02.2026-cı il tarixində saat 01:20 radələrində zəhərlənmə
şübhəsilə 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Şirvan Şəhər
Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya
olunub. Onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq
infeksiyası diaqnozu təyin edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi
Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, pasiyentlərin huşu aydın və həyat göstəriciləri
normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım
göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra
vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə
buraxılıblar:




“Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü (kişi) azyaşlı
12.02.2026-cı il tarixində 15:00 radələrində Şirvan Şəhər Mərkəzi
Xəstəxanasına hospitalizasiya olunub. Həkim heyəti tərəfindən
azyaşlının bioloji ölüm faktı təsdiqlənib.

Hazırda digər 3 nəfərin müalicəsi Şirvan Şəhər Mərkəzi
Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri stabil olaraq qiymətləndirilir”, məlumatda qeyd
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir