KİV: ABŞ Ermənitanda 13 milyard dollardan çox investisiya yatıra bilər

Baş səhifə

Ermənistan ABŞ-dan ümumilikdə 13 milyard dollardan çox investisiya gözləyir ki, bu da ölkənin ÜDM-sinin təqribən yarısını təşkil edir.

APA xəbər verir ki, bu barədə “Bloomberg”də yazı dərc olunub.

Yazıda qeyd olunana görə, investisiyanın 9 milyardı mülki məqsədlər üçün nüvə enerjisi sahəsində tərəfdaşlıqdan ibarət olacaq və böyük ehtimalla “Metsamor” nüvə obyekti başqa bir müəssisə ilə əvəz olunacaq.

İnvestisiyanın 4 milyard dollara qədər hissəsi isə süni intellekt təşəbbüslərinin inkişafına yönəldiləcək ki, burada “Firebird” və “Nvidia” şirkətlərinin 2026-cı ildə geniş kompüter infrastrukturu yaratması nəzərdə tutulur.

Məqalədə yazılana görə, bu investisiyalar Ermənistanın baş naziri Nikol Paşinyanın seçkilər ərəfəsində mövqeyini gücləndirəcək və ölkənin Rusiyadan asılılığını azaldacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir