Kim Çen In 13 yaşlı qızını varisi təyin edib

Baş səhifə

Şimali Koreya lideri Kim Çen In qızını varisi etmək qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumatına yayıb.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti  Kim Çen In-ın 13 yaşlı Kim Cu Eni varisi kimi hazırladığı və artıq varis hazırlamaq mərhələsindən, varis təyin etmək mərhələsinə keçdiyini bildirib.

Kim Cu-e müxtəlif tədbirlərdə iştirak etdiyindən və müəyyən dövlət məsələləri ilə bağlı fikirlərini bildirdiyinə dair məlumatlardan dolayı onun atasının varisi olaraq təyin edildiyi vurğulanır. 

Qeyd edək ki, Kim Cu EN Kim Çen In və həyat yoldaşı Li Sol Cunun rəsmi olaraq yeganə övladıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir