Daha bir mətbuat katibi melalla təltif olunub

Baş səhifə

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Vergi sisteminin inkişafında xidmətlərinə görə Dövlət Vergi Xidmətinin bir qrup əməkdaşı təltif ediliblər.

Modern.az xəbər verir ki, təltif edilənlər arasında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin rəisi Şahin Məmmədov da var.

O, 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalına layiq görülüb.

Qeyd edək ki, Şahin Məmmədov daha əvvəl mətbuatda iqtisadiyyat sahəsindən yazan jurnalist kimi çalışıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir