Bekhem Ronaldunun karyerasını yüksək qiymətləndirdi

Baş səhifə

“İnter Mayami”nin sahibi Devid Bekhem “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb.

Modern.az xəbər verir ki,  daha əvvəl Bekhemin Ronaldunu Lionel Messinin çıxış etdiyi “İnter Mayami”yə transfer etməyi ciddi şəkildə nəzərdən keçirdiyi bildirilirdi.

Bekhem Rio Ferdinandın aparıcılığı ilə yayımlanan podkastda Ronaldunun karyerasını yüksək dəyərləndirib. O, futbolçunun “Real Madrid”dəki çıxışını inanılmaz adlandıraraq qeyd edib ki, Ronaldu çıxış etdiyi hər komandada öz izini qoymağı bacarıb. Bekhem portuqaliyalı ulduzun Portuqaliya millisi, “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” və “Ən-Nəsr”dəki performansını xüsusi vurğulayıb və onun karyerasını sadəcə möhtəşəm adlandırıb. (Championat)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir