Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib

Baş səhifə

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

APA xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Daha əvvəl “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”ya əsasən, nazirin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və müavini olub. Fərmanla birinci müavin vəzifəsi ləğv edilib.

Bununla nazirin Ali Məclis sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.

Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Qeyd edək ki, 1 dekabr 2025-ci ildə Rəşadət Nabatov Naxçıvan MR səhiyyə nazirinin müavini təyin edilib. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir