
Bakı. Trend:
“Fənərbaxça” yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi
planlaşdırır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi
icarə əsasında “Bavariya”da çıxış edən Nikolas Ceksondur.
Türkiyə klubu seneqallı forvardın müqavilə ilə məxsus olduğu “Çelsi” ilə ilkin danışıqlara başlayıb. 24 yaşlı hücumçu özü London
klubundan ayrılmağa isti yanaşır.
Qeyd edək ki, “Bavariya” Nikolas Ceksonu 2025-ci ilin sentyabr
ayında icarəyə götürüb. Seneqal millisinin üzvü Münhen
təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 1
məhsuldar ötürmə ilə yadda qalıb.

