
Bakı. Trend:
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA
Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü
dəyərləndirib.
Trend xəbər verir
ki, bunu Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında
bildirib.
“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün
potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik.
Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan
yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək,
heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza
inanıram”, – deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, Azərbaycan milli komandası D Liqasının 2-ci
qrupunda Litva və Lixtenşteyn yığmaları ilə mübarizə aparacaq. UEFA
Millətlər Liqasında yeni mövsümə sentyabr ayında start
veriləcək.

