
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp apreldə Çinə səfər etmək niyyətində
olduğunu açıqlayıb və Çin Prezidenti Si Cinpinin daha sonra ABŞ-yə
cavab səfəri edəcəyini bildirib.
Trend xəbər verir
ki, bu barədə Tramp Ağ Evdə media nümayəndələri ilə söhbəti zamanı
danışıb.
“Aprel ayında Prezident Si Cinpinlə görüşməyi planlaşdırıram.
Bunu səbirsizliklə gözləyirəm. O, bu ilin sonlarında bizi ziyarət
edəcək və mən də bunu səbirsizliklə gözləyirəm”, – deyə Tramp qeyd
edib.
ABŞ Prezidenti əlavə edib ki, ABŞ-Çin münasibətləri, eləcə də
Çin lideri ilə şəxsi münasibətləri hazırda əla vəziyyətdədir.

