
Bakı. Trend:
Meksika Prezidenti Klaudiya Şeynbaum ölkəsinin ABŞ-nin Kubaya
tətbiq etdiyi neft blokadası şəraitində Vaşinqton və Havana
arasındakı dialoqda vasitəçi qismində çıxış etməyə hazır olduğunu
bildirib.
Trend xəbər verir
ki, bu barədə EFE məlumat yayıb.
Şeynbaum qeyd edib ki, Meksika artıq təkliflər irəli sürüb və
indi hər şey ABŞ və Kubadan asılıdır.
“Meksika Kubanın suverenliyi çərçivəsində dialoq naminə hər şeyi
edəcək. Bu mövqe Meksikanın xarici siyasətinin ənənəvi
prinsiplərinə uyğundur”, – o bildirib.
Prezident əlavə edib: “Xalqların öz müqəddəratını təyin etmək
hüququ çox vacibdir, bu yalnız bizim prinsiplərimizə aid deyil.
Kuba ilə sülh dialoqu üçün şərait yaratmaq lazımdır, çünki heç bir
başqa ölkə belə sanksiyalara məruz qalmır”.
Daha əvvəl Şeynbaum Kubaya humanitar dəstəyi genişləndirəcəyini
vəd etmişdi.

