
Bakı. Trend:
Portuqaliya Parlamenti 16 yaşdan kiçik uşaqlar və yeniyetmələr
üçün sosial mediaya giriş məhdudiyyətlərinin tətbiqi istiqamətində
ilk addımı atıb.
Trend xəbər verir
ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.
Məlumata görə, deputatlar hakim Sosial Demokrat Partiyası
tərəfindən təqdim edilən qanun layihəsini təsdiqləyiblər. Təşəbbüs
sosial mediaya müstəqil giriş üçün minimum yaş həddinin 13-dən
16-ya qaldırılmasını nəzərdə tutur.
Bu yaşdan kiçik istifadəçilər üçün valideynlərin razılığı tələb
olunacaq. Layihə potensial düzəlişlərin nəzərdən keçirilməsi üçün
parlament komitəsinə göndəriləcək, daha sonra isə yekun səsvermə
üçün plenar iclasa çıxarılacaq.
Təşəbbüsə əsasən, qanuna əməl etməyən sosial media
platformalarına sahib şirkətlər üçün 2 milyon avroyadək cərimə
tətbiq oluna bilər. Fiziki şəxslər üçün isə cərimələrin məbləği
10.000 avrodan 250.000 avroya qədər dəyişə bilər.

