
Bakı. Trend:
ABŞ Dövlət katibi Marko Rubio Münxendə Ukrayna Prezidenti
Volodimir Zelenski ilə görüşə biləcəyini bildirib.
Trend-in
məlumatına görə, bunu o, Münxen Təhlükəsizlik konfransına yola
düşərkən hava limanında jurnalistlərə açıqlayıb.
Rubio qeyd edib ki, indi ilin ən soyuq vaxtıdır və insanlar
müharibəyə görə əziyyət çəkir.
“Buna görə də bir ildən çoxdur ki, bu müharibəyə son qoymaq üçün
çox çalışırıq”, – deyə o əlavə edib.

