ABŞ Kubaya məhdud həcmdə yanacaq göndərilməsini nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ştatlar Kubaya az miqdarda yanacaq göndərmək imkanını
nəzərdən keçirir.

Trend xəbər verir
ki, bu barədə “The Economist” jurnalı məlumat yayıb.

Söhbət məişət qazı və ya su təchizatı infrastrukturunun
fəaliyyətini təmin etmək üçün dizel yanacağının göndərilməsindən
gedə bilər.




Nəşr qeyd edir ki, Vaşinqtonun bu cür yumşaldıcı addımı ABŞ
Dövlət katibi Marko Rubionun Kuba üzərində nüfuzunu artıra və
humanitar böhranın qarşısını almağa kömək edə bilər. Adaya qarşı
ABŞ-nin gələcək blokada siyasətinin hansı ssenari üzrə inkişaf
edəcəyi böyük ölçüdə Amerika diplomatiyasının rəhbərindən asılı ola
bilər.

Vaşinqtonda ümid edirlər ki, yanacaq blokadası Kuba
hakimiyyətini danışıqlar masasına əyləşdirməyə sövq edəcək. Lakin
bu tədbirlər nəticə verməsə, Rubio daha sərt mövqe tutmaq
çağırışları ilə güclü təzyiq altında qala bilər. Eyni zamanda, bu
vəziyyət onun əleyhinə də işləyə bilər və o, potensial humanitar
böhranın, eləcə də kubalı “qayıq qaçqınları”nın yeni dalğasının
simvoluna çevrilə bilər.

Xatırladaq ki, bundan əvvəl Meksika Prezidenti Klaudiya Şeynbaum
ABŞ-nin Kubaya tətbiq etdiyi neft blokadası fonunda Vaşinqton və
Havana arasında dialoqda vasitəçi olmağa hazır olduqlarını bəyan
etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir