Microsoft “Windows 11”də batareya probleminin həllini açıqladı

Baş səhifə

Bakı. Trend:

“Microsoft” şirkəti noutbukların gözlənilmədən yuxu rejimindən
oyanmasına və batareyalarının daha tez tükənməsinə səbəb olan
“Windows 11” probleminin həllini təqdim edib.

Trend xəbər verir
ki, bu barədə “Windows Latest” (WL) nəşri məlumat yayıb.

Məlumata görə, xəta fon prosesləri və “Modern Standby” rejimi
ilə bağlı olub. “Modern Standby” bütün yeni “Windows 11”
kompüterlərində mövcuddur və smartfonlarda olduğu kimi, cihazın
ekran kilidli vəziyyətdə gözləmə rejiminə keçməsinə imkan verir. Bu
zaman enerji sərfiyyatı azalır və sistem tez bir zamanda işə hazır
vəziyyətdə qalır.




Lakin istifadəçilər əvvəllər batareya ömrünün azalması və
cihazların gözlənilmədən aktivləşməsi ilə bağlı dəfələrlə
şikayətlər ediblər.

Şirkət problemi etiraf edərək, istifadəçi müdaxiləsi olmadan
sistemin dərin yuxu rejimindən oyanmasının qarşısını alan mühafizə
mexanizmlərini tətbiq edib. Artıq cihaz yalnız güc düyməsini
basmaq, noutbukun qapağını açmaq və ya digər qəsdən edilən
hərəkətlərlə aktivləşdirilə bilər.

Qeyd olunur ki, dəyişikliklər artıq “Windows 11 24H2” və daha
yeni versiyalarda tətbiq edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir