Paytaxtın bu ərazilərində altı saat işıq olamayacaq

Baş səhifə

Bakı.Trend:

Xəzər rayonunun bəzi ərazilərinin işıq təchizatında fasilə
yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilir ki, fevralın 13-də Xəzər Rayon Enerji Təchizatı və
Satışı İdarəsi (RETSİ) ərazisində təmir və yenidənqurma işləri
həyata keçiriləcək.




Bununla əlaqədar olaraq saat 10:30-dan 16:30-dək Buzovna
qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən
ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir