ABŞ-də universitetin yataqxanasında atışma – ölən və yaralanan var

Baş səhifə

Bakı. Trend:

ABŞ-də Cənubi Karolina Universitetinin yataqxana kompleksində
baş verən atışma nəticəsində 2 nəfər həlak olub, bir nəfər
yaralanıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə universitetdən bildiriblər.




Universitet rəsmiləri hələ ki, silahlı insidentin
təfərrüatlarını, qurbanların kimliyini və yaralının hazırkı durumu
ilə bağlı məlumat vermir.

Baş verən insidentdən sonra Oreyncburqdakı kampus yerli vaxtla
20.15-də bağlanıb və dörd saat ərzində əraziyə daxil olmaq mümkün
olmayıb. Hazırda hüquq mühafizə orqnaları əməkdaşları, o cümlədən
müstəntiqlər kampus ərazisinə səfərbər olunub, həminin kampusun
ətrafında gücləndirilmiş patrul həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir