Bələdiyyə vəzifəlilərinin inzibati xətaları əhəmiyyətli dərəcədə azalıb – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

2025-ci ildən etibarən inzibati nəzarət qaydasında baxılması
üçün ölkə üzrə bütün bələdiyyə aktları qanunvericiliyin tələblərinə
uyğun olaraq “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə
elektron qaydada təqdim edilir.

Trend xəbər
verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli
Məclisin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə
Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı
deyib.

Onun sözlərinə görə, artıq Naxçıvan Muxtar Respublikasında
fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da informasiya
sisteminə yerləşdirilməsi təmin olunub.




Nazir müavini vurğulayıb ki, görülmüş tədbirlər nəticəsində
bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, eləcə də
bununla bağlı bələdiyyənin vəzifəli şəxsləri tərəfindən törədilən
inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb:

“2025-ci il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddəsi ilə 50 inzibati xəta haqqında protokol
tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında
43 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati
məsuliyyətə cəlb olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə
tərtib edilən protokolların sayı 103 olub”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir