Bələdiyyələr icra sənədlərini elektron qaydada yönəldir – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Mülki Prosessual Məcəllə və “İcra haqqında” Qanuna edilmiş
dəyişikliklərə əsasən, bələdiyyələr icra sənədlərini “Elektron
icra” informasiya sistemi vasitəsilə icraya yönəldə bilirlər.

Trend xəbər
verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli
Məclisin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə
Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı
deyib.




“Bu məqsədlə bələdiyyələr üçün “Elektron icra” informasiya
sistemində elektron kabinetlər yaradılıb və sənədlərin həmin
kabinet vasitəsilə operativ şəkildə icraya göndərilməsi imkanı
təmin olunub”, – deyə o bildirib.

Nazir müavini qeyd edib ki, 2025-ci il ərzində debitor borcların
ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696
inzibati akt icra məmurları tərəfindən icraata qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir