
Bakı. Trend:
2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmaları müsbət
nəticələr göstərib. 2024-cü illə müqayisədə yerli büdcələrə yerli
vergilərdən təxminən 26 % (7,2 milyon manat) çox vəsait daxil
olub.
Trend xəbər
verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli
Məclisin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə
Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı
deyib.
“Eyni zamanda, 2025-ci il ərzində inzibati nəzarət orqanı
tərəfindən 273 maarifləndirmə tədbiri həyata keçirilib və bu
tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib.
Bundan əlavə, bələdiyyə aktları və müraciətlərə baxılması zamanı
6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə bələdiyyələrə
metodoloji dəstək göstərilib”, – deyə nazir müavini vurğulayıb.

