S&P PASHA Bankın reytinqi üzrə proqnozunu yüksəldib

Baş səhifə

Bakı. Trend:

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi PASHA
Bankın reytinqi üzrə proqnozunu “stabil”dən “müsbət”ə dəyişib.

Trend xəbər verir
ki, bunu PASHA Bankın baş maliyyə inzibatçısı Murad Süleymanov
bankın təşkil etdiyi, IPO-ya (səhmlərin ilkin ictimai yerləşdirmə
prosesi) həsr olunmuş tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, “Moody’s” və “Fitch Ratings” təşkilatları
da bütövlükdə Azərbaycanın və PASHA Bankın reytinqini müsbət
qiymətləndiriblər.




M. Süleymanov vurğulayıb ki, iqtisadi və siyasi mühit
Azərbaycanda stabil olaraq qalmaqdadır:

“Biz bunu 2,5-4 faiz hüdudlarında olan dayanıqlı iqtisadi
artımdan da görürük. ÜDM strukturunda qeyri-neft sektorunun payı
artır və bu tendensiya artıq uzun illərdi ki, davam etməkdədir.
Bundan başqa inflyasiya Mərkəzi Bankın monetar siyasəti
çərçivəsində qalmaqdadır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir