“PAŞA Sığorta” yanan sexə görə 800 min manata yaxın ödəniş edib

Baş səhifə

Baş vermiş yanğın hadisəsindən sonra PAŞA Sığorta əmlak sığortalı müştərisinə 797 845 AZN dəyərində ödəniş edib.

APA-Economics” bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, yanğın nəticəsində istehsalat sexinə ciddi ziyan dəyib və obyekt tamamilə yararsız vəziyyətə düşüb. Sığorta hadisəsi qeydə alındıqdan sonra PAŞA Sığorta tərəfindən zərərin həcmi müəyyən olunub və ödəniş sığortalıya təqdim edilib.

Qeyd edək ki, daşınmaz əmlak sığortası əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansi formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir