Çin və ABŞ narkotiklərlə mübarizədə əməkdaşlığı gücləndirəcək

Baş səhifə

Çin və ABŞ narkotiklərlə mübarizə sahəsində kəşfiyyat mübadiləsi aparıb.

APA xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Hər iki ölkədən olan nümayəndələr fervalın 9-dan 12-ə qədər görüşlər keçirib.

“Çin və ABŞ-dan olan komandalar narkotiklərlə bağlı vəziyyəti dərindən müzakirə edib. Kimyəvi maddələrə nəzarət, çirkli pulların yuyulması, zərərli onlayn informasiyaların təmizlənməsi sahələrində fikir mübadiləsi aparıldı”, – Çinin “Xinhua” agentliyi qeyd edib.
Hər iki ölkənin sağlam, praqmatik şəkildə narkotiklərlə mübarizə üzrə əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir