İki gün güclü külək əsəscək – Narıncı xəbərdarlıq

Baş səhifə

Bakı.Trend:

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq
verilib.

Trend xəbər
verir ki, Milli Hidrometeorologiya Xidməti fevralın 14-16-da Bakıda
və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən
küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq
verib.




Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan,
Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb
küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər
bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi
əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir